Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Sağlam və keyfiyyətli yuxu üçün optimal mikroiqlimin formalaşdırılması mühüm rol oynayır.
Axşam.az xəbər verir ki, "Beynəlxalq Yuxu Fondu"nun tədqiqat və elmi fəaliyyət üzrə vitse-prezidenti Jozef Djerjevskinin fikrincə, bədənin həddindən artıq qızmasının qarşısını almaq dərin və bərpaedici yuxunun əsas şərtlərindən biridir. Bu baxımdan, pijamasız yatmaq orqanizmin soyumasına və gecə ərzində daha effektiv bərpa proseslərinin getməsinə kömək edə bilər.
İsti hava şəraitində yuxuya getmək xüsusilə çətinləşir. Buna baxmayaraq, temperatur faktorunun yuxuya təsiri işıq, stress və ya rəqəmsal cihazlarla müqayisədə daha az tədqiq olunub. O qeyd edib ki, sağlam yuxu üçün bədən temperaturunun təxminən 1 dərəcə aşağı salınması vacibdir.
Jozef Djerjevskinin sözlərinə görə, bu effektə yüngül və nəfəsalan parçalardan hazırlanmış pijama geyinməklə və ya ümumiyyətlə pijamadan imtina etməklə nail olmaq mümkündür. Araşdırmalar göstərir ki, bəzi hallarda paltarsız yatmaq orqanizmin termorequlyasiya proseslərini optimallaşdıraraq daha keyfiyyətli istirahətə şərait yaradır.
Pijama ilə yatan şəxslərə isə yüngül, birqatlı və hava keçirən materiallardan istifadə etmək tövsiyə olunur. Bu, bədənin artıq istiliyi daha sürətlə xaric etməsinə və yuxuya keçidi asanlaşdırır. Eyni zamanda, əl və ayaqları tez üşüyən şəxslərə yatmazdan əvvəl bu nahiyələri isitmək məsləhət görülür ki, bu da ümumi istilik balansının tənzimlənməsinə müsbət təsir göstərir.