Pik saatda qəpiksiz metro: BakıKart aparatında ödəmə girişi NİYƏ daraldılıb?

28.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Metronun "Koroğlu" stansiyasında bəzi "BakıKart" aparatlarına qəpiklə ödəniş etmək olmur.

Oxu.Az-ın məlumatına görə, ödəmə cihazlarının girişləri bağlanıb.

Bundan əlavə, cihazlardan birinin girişi daraldılıb, bu, qəpiklə ödənişin qarşısını almaq üçün edilib.

Maraqlıdır ki, pik saatda, sıxlığın müşahidə edildiyi bir vaxtda bu məsələyə niyə nəzarət edilmir?

Sərnişinlərin sözlərinə görə, digər stansiyalarda da belə halla rastlaşmaq mümkündür.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlanıb.

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью