Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada məşhur rəssam Pablo Pikassonun altı qravürünün oğurlanması ilə bağlı yeddi nəfər həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “20 Minutes” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, oğurluq oktyabrın 1-dən 2-nə keçən gecə Kann yaxınlığındakı Mugins kəndində yerləşən “L'Amandier de Mougins” restoranında baş verib. Jandarmlar hadisəni törədən şəxslərin axtarışına bir ay vaxt sərf ediblər.
Oğurluqda üç nəfər iştirak edib. Əlcək və başlıq geyinmiş iki şəxs restorana daxil olub, üçüncü şəxs isə onları avtomobildə gözləyib.
Əməliyyat nəticəsində 18-30 yaş aralığında olan yeddi nəfər saxlanılıb. Onların mütəşəkkil cinayətkar qrupların üzvləri olduğu bildirilir. Dəymiş ziyanın 100 min avrodan çox olduğu qiymətləndirilir.
Jandarmanın məlumatına görə, oğurlanmış qravürlər mükəmməl vəziyyətdə sahiblərinə qaytarılıb.
Qeyd edək ki, noyabrın 3-də Nitsadakı Henri Matiss Muzeyinə daxil olmağa cəhd edən iki şübhəli də saxlanılıb.
Murad İsmayıl