Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Pablo Pikassonun həyatının son iyirmi ilində - 1960-cı və 1970-ci illərdə çəkdiyi dörd rəsm əsəri noyabr ayında Nyu-Yorkdakı “Sotheby's” hərrac evində satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ən bahalı lot 15-20 milyon dollar dəyərində qiymətləndirilir. Onu satışdan əvvəlki qiyməti 10-15 milyon dollar qiymətləndirilən başqa bir əsər izləyir. Qalan iki əsər isə hər biri 2,5-3,5 milyon dollar qiymətləndirilir.
Hərrac evinin qeyd etdiyi kimi, kolleksiyaçıların xüsusi marağı əsərlərdən ikisinin 50 ildən çoxdur ki, ictimaiyyətə nümayiş etdirilməməsi və onilliklər ərzində şəxsi kolleksiyalarda saxlanması ilə bağlıdır.