Pike Barselonada sevimli oyunçusu kimdir? AÇIQLAMA

13.12.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın sabiq müdafiəçisi Xerard Pike Kataloniya komandasının hazırkı heyətindən kimi daha çox bəyəndiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“İndiki “Barselona”da sevimli oyunçu? Hamı Lamin Yamal deyəcək, amma mənim üçün bu, Pau Kubarsidir”, - Pike bildirir.

Bu mövsüm 17 yaşlı Kubarsi, ümumilikdə, bütün turnirlərdə 23 oyun keçirib və bir məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, ispaniyalının təxmini dəyəri 40 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью