Icma.az, Qol.az saytına istinadən bildirir.
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike sosial şəbəkədə “Real” azarkeşinin paylaşımına cavab verib.
QOL.az xəbər verir ki, Madrid təmsilçisinin fanatı olan bir “TikTok” istifadəçisi “Barselona”nın qalib gəlmək üçün yalnız bir yolu var və biz bunun nə olduğunu bilirik” yazıb.
Pike isə paylaşıma belə cavab verib:
“Bəli, “Barselona”nın qalib gəlmək üçün yalnız bir yolu var – yaxşı futbol oynamaq. Məhz bununla tanınırıq. Çox yaxşı futbol oynayaraq bir çox çempionluqlar, çoxlu trebl qazanmışıq.
Hakimlik məsələsini həmişə gündəmə gətirən siz olmusunuz. İstəsəniz, “Yuventus”a qarşı Çempionlar Liqasının finalını xatırlada bilərəm: Miyatoviçin qayda pozuntusu ilə vurduğu qol.
Yaxud “Atletiko”ya qarşı iki finaldan birini. Serxio Ramosun qolu – orada ofsayd var idi və buna görə həmin qol da qayda pozuntusu ilə vurulmuşdu. Beləliklə, hakim səhvləri çox olur, amma tarixən onların sayı yenə də “Real”ın xeyrinə daha çox olub.
Qalan məsələlərə gəlincə, ümid edirəm ki, səndə hər şey yaxşıdır. Səni möhkəm qucaqlayır və gününü yaxşı keçirməyini arzulayıram”.