Pikforddan “Qızıl top” açıqlaması: “Harri bu mükafata layiqdir”

02.10.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Everton”un və İngiltərə millisinin qapıçısı Cordan Pikford 2026-cı il “Qızıl top” mükafatının Harri Keynə verilməli olduğunu bildirib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, Pikford açıqlamasında Keynin bu mükafata layiq olduğunu deyib.

“Düşünürəm ki, Harri bu mükafata layiqdir. Onun özü üçün müəyyənləşdirdiyi standartlar və vurduğu qollar sadəcə inanılmazdır. Harrinin insani keyfiyyətləri futbol dünyasındakı hər kəs üçün bir nümunədir və məhz buna görə də o, trofeylər qazanır.

Mən Harrini “Qızıl top”la görməyi çox istərdim. Bu, onun və yaxınlarının sərf etdiyi bütün səylərin əks olunması olardı. Harrinin bu mükafatı qazanması əla olardı. Qarşıdakı bir neçə ay kapitanımız üçün sadəcə möhtəşəm ola bilər və o, buna tamamilə layiqdir. Gərgin əmək öz bəhrəsini verir, əsas odur”, – deyə Pikford vurğulayıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью