Pikkoli Fiorentina ya keçdi

26.08.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Fiorentina” hücum xəttini gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bənövşəyilər"  A seriyasının digər təmsilçisi “Kalyari”nin hücumçusu Roberto Pikkolini transfer edib.

24 yaşlı italiyalı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Pikkoli 2024/2025 mövsümündə “Kalyari”də icarə əsasında oynayıb. Ötən ay isə Kalyari təmsilçisi futbolçunu birdəfəlik transfer edib. O, ötən mövsüm meydana çıxdığı 40 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью