Pilləkənlə qalxıb ürəyinizin sağlamlığını qiymətləndirin. SADƏ TEST VİDEO

14.10.2026

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Saglamolun.az bildirir ki, kardioloqlar bu sadə testdən tez-tez istifadə edirlər.

Orta tempdə dayanmadan binanın 4-cü mərtəbəsinə qalxın və nəbzinizi ölçün.

Əgər qalxdıqdan sonra siz rahat nəfəs alırsınızsa, heç bir xoşagəlməz hisslər keçirmirsiniz və sizin nəbziniz dəqiqədə 100-120 vurğudan aşağıdırsa, bu yaxşı nəticədir. Sizin ürək-damar sisteminiz normal işləyir.

Təngnəfəs olmusunuzsa və nəbziniz 120-140-dan çox vurursa, nəticə ortadır. Kardioloqun müayinəsindən keçməyiniz tövsiyə olunur.

Güclü təngnəfəslik, zəiflik əmələ gəlibsə, 4-cü mərtəbəyə qalxa bilməmisinizsə, nəbz 140-dan çox vurursa, mütləq kardioloqa müraciət edin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью