Pilot kabinəsinə daxil olmaq istəyən sərnişin həbs olundu

04.03.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada təyyarə havada ikən pilot kabinəsinə daxil olmaq istəyən sərnişin həbs edilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Novosibirskdən Sankt-Peterburqa uçan S7 aviaşirkətinə məxsus təyyarədə baş verib.

39 yaşlı kişi qəfildən aqressiv davranaraq, pilot kabinəsinə daxil olmağa çalışıb. Onu sakitləşdirməyə çalışan bələdçilərə fiziki təzyiq göstərən və söyüş söyən kişini digər sərnişinlərin köməyi ilə "zərərsizləşdirmək" mümkün olub. 

Təyyarə Sankt-Peterburqa eniş etdikdən sonra işə polislər qarışıb və aqressiv sərnişin həbs olunub.

Qeyd edək ki, Rusiya qanunlarına görə, günahı sübuta yetiriləcəyi təqdirdə onu 7 ilə kimi həbs cəzası gözləyir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью