Pilot pasportunu unutdu, təyyarə geri döndü

25.03.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Los-Anceles şəhərindən Çinə uçan United Airlines 787 təyyarəsi pilotlardan birinin pasportu olmadan havaya qalxıb. Elə bu səbəbdən də təyyarə geri qayıtmalı olub.

198 saylı reys 257 sərnişin və 13 ekipaj üzvü ilə Los Angeles Beynəlxalq Hava Limanından havaya qalxıb və Sakit Okeanın üzərindən şimal-qərbə Şanxaya doğru hərəkət edib.

News24.az xəbər verir ki, iki saat sonra təyyarə San-Fransiskoya istiqamət alıb və orada saat 17:00 radələrində yerə enib.

Təyyarə yeni ekipaj ilə axşam saat 21 radələrində havaya qalxıb və planlaşdırılandan 6 saat gec Şanxaya enib.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью