Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən 167 mənzillik "Pilot Residence” MTK-nın sakinlərlə problemləri ilə bağlı mediada davamlı olaraq məlumatlar dərc edilir.
Sakinlər MTK tərəfindən 2020-ci ildə tikilərək təhvil verilən bu yaşayış kompleksində bir neçə dəfə layihədən kənar, qanunsuz tikintilər həyata keçirilməsini, bununla bağlı bütün KİV-in, ictimaiyyətin məlumatlı olmasını da qeyd ediblər.
Xüsusilə qeyd edək ki, sakinlər tərəfindən təsis olunmuş təşəbbüs qrupunun vəsaiti hesabına ərazidə abadlaşma işləri aparılıb.
Belə ki, asfalt örtüyü çəkilib, təmizlik işləri aparılıb, ərazi dekorativ ağac və kollarla bəzədilib.
Lakin bu dəfə binanın qarajının pandusunu təmir etmək istəyən zaman, MTK rəhbərliyi tərəfindən buna maneə yaradılıb.
Xatırladaq ki, bir müddət öncə Bakı Appelyasiya Məhkəməsi MTK-nın appelyasiya şikayətini rədd edərək, Səbail Məhkəməsinin "Pilot Residence” ərazisində bütün qanunsuz tikililərin ləğvi barədə Qətnaməsini dəstəkləməklə MTK tərəfindən aparılan qanunsuz tikintilərin dayandırılması və o cümlədən bu günə qədər qanunsuz inşa olunan tikililərin söküntüsünə qərar verilib.
Lakin Babək İsmayılovun rəhbərlik etdiyi bu tikinti şirkəti heç bir tədbir görməyib, əksinə yeni qanunsuz addımı ilə növbəti dəfə sakinlərin qəzəbinə tuş gəlib.