Pilot sevgilisinə səmadan belə sürpriz etdi FOTOLAR

15.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Kanzas ştatında pilot sevgilisinə etdiyi qeyri-adi evlilik təklifi ilə diqqət çəkib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  pilot Terri Uilyamson sevgilisi Taylor Burchamın "Flight Radar" proqramı vasitəsilə evlilik təklifi edib. 

Belə ki, Taylor hər dəfə pilot sevgilisinin uçuşunu izləyirmiş. Bu dəfə də Terri ondan proqramı diqqətlə izləməyi xahiş edib. 

Pilot sevgilisi üçün səmada iki saat ərzində "Will you marry me? Taylor" ( Taylor mənimlə evlənərsən?) sözlərini yazıb. 

Ekran qarşısında böyük sürprizlə qarşılaşan Taylorun cavabı "Hə" olub.  Uçuşdan qayıdan Terri "Bu, mənim indiyə qədər etdiyim ən çətin uçuşdu", - deyə açıqlama verib. 
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью