Pilotlar öz manevrləri ilə bizi xilas etdilər Qəzadan sağ çıxan SƏRNİŞİN

25.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan 48 yaşlı sərnişin hadisə barədə danışıb.

Modern.az bu barədə Qazaxıstanın "Zakon" nəşrinə istinadən xəbər verir.

Onun sözlərinə görə, təyyarə bir neçə dəfə yerə enməyə cəhd etsə də, buna nail ola bilməyib. 

“Pilotlar öz manevrləri ilə bizi xilas etdilər. Onlar olmasaydı, hamımız ölərdik”, - deyə sərnişin bildirib.

48 yaşlı kişinin sözlərinə görə, onun yanında oturanların hamısı sağ qalıb. Özü möcüzəvi şəkildə yara almayıb.

O, Yekaterinburqda yaşayır, iş üçün Qroznıya uçurmuş. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью