Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dubay-Təl-Əviv reysi ilə uçan sərnişin təyyarəsinin qaçırılmasına cəhd faktını İsrailin kəşfiyyat orqanı olan MOSSAD araşdırır.
"Cebheinfo.az"-ın məlumatına görə, həmin vaxt "FlyDubai" təyyarəsində olan sərnişinlərin İsrailə çatdıqdan sonra dindirilməsi qərara alınıb.
Hazırda səylər Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Səudiyyə Ərəbistanına yola düşməsi üçün bütün lazımi icazələrin alınmasına yönəlib. Çünki İsrailin bu ölkə ilə diplomatik əlaqələri yoxdur.
Səudiyyə Ərəbistanında təcili eniş edən "FlyDubai" təyyarəsinin hər iki pilotu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə hava limanının operatoru məlumat verib.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin