Pilotların və Hökümənin cəsədi müəyyənləşdi

26.12.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.

Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva da var.

Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakini idi. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirmişdi. Evli idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью