Pilotun bunu etməsi möcüzədir! Şepard

26.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Əgər təyyarə vurulubsa, kiminsə sağ qalması möcüzədir.

Axar.az xəbər verir ki, bunu “Boinq” təyyarələrinin təlim kapitanı, aviasiya eksperti Ceyms Şepard bildirib.

“Əgər təyyarə vurulubsa - quyruğundakı qəlpə zədələnməsinə əsasən belə görünür - o zaman uçuş heyətinin onu havada və uzun müddət nəzarət altında saxlaması heyrətamizdir. Kiminsə sağ qalması isə möcüzədir”, - o bildirib.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya düşüb. Qəza nəticəsində göyərtədə olan 67 sərnişin və ekipaj üzvündən 29 nəfər sağ qalıb.

Quyruğundakı dəliklər təyyarənin qəlbədən zədələndiyi haqda ehtimal yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью