Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yüngül çəki dərəcəsində UFC reytinqində beşinci olan Peddi Pimblett müvəqqəti UFC çempionu Castin Qetji ilə revanş döyüşü keçirmək istəyini bildirib.
İdman.Biz bu barədə “Sportskeeda”ya istinadən bildirir.
“Ümid edirəm ki, Castin mübahisəsiz titulunu İliyadan alacaq. O zaman bəlkə revanş edə bilərik, baxmayaraq ki, Geethjenin hələ çox döyüşü qalmayıb. Ümid edirəm ki, gələcəkdə yenidən döyüşə bilərik, çünki ilk döyüşdə məni qıcıqlandıran bir neçə şey var idi”, - Pimblett deyib.
Pimblett və Qetji arasında ilk döyüş 25 yanvarda ABŞ-ın Las Veqas şəhərində UFC 324-də baş tutub. Döyüş bütün beş raund davam edib və Qetjinin yekdil qərarla qələbəsi ilə başa çatıb.