“Pınar Altuğ aktrisa deyil!”

23.06.2026

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yayımlandığı dövrdə böyük populyarlıq qazanan terk serialı “Çocuklar Duymasın”da “Fıs Fıs İsmail” obrazı ilə tanınan Süleyman Yağcı bir proqrama qonaq olub.

OLAY yazır ki, Süleyman Yağcı serialda baş rollardan birini canlandıran Pınar Altuğ haqqında danışaraq bunları deyib:

“Məsələn, Pınar Altuğ aktrisa deyil. Şükrü (Koruyucu) aktyor deyil. Çayçı Hüseyn aktyor deyil. Mən də konservatoriya təhsilli deyiləm. Gəlin, həqiqətləri gizlətməyək. Onun səhnədə yetişməsində Tamer Karadağlı böyük rol oynayıb. Çəkilişlər arasındakı fasilələrdə ona dərs keçirdi. Digər tərəfdən, ‘Çocuklar Duymasın’ hamımız üçün çörək ağacı oldu.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью