“Pink Floyd” pərəstişkarlarına sürpriz “Animals” albomu yenidən nəşr olunur

06.11.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya rok musiqisinin ən mühüm albomlarından biri yarım əsrlik yubileyinə xüsusi nəşrlə hazırlaşır.

Kulis.az xəbər verir ki, “Pink Floyd” 1977-ci ildə işıq üzü görən “Animals” albomunun 50 illiyi münasibətilə genişləndirilmiş yeni versiyasını təqdim edəcək.

Yeni nəşrin 2027-ci il yanvarın 22-də satışa çıxarılması planlaşdırılır. Albom müxtəlif formatlarda, o cümlədən ikili vinil, CD, Blu-ray və xüsusi kolleksiya qutusu şəklində yayımlanacaq.

Layihənin ən maraqlı tərəfi indiyədək yayımlanmamış musiqi materiallarının və nadir arxiv fotolarının təqdim edilməsidir. Həmçinin 1977-ci ildə yazılmış “Sheep” kompozisiyasının əvvəllər ictimaiyyətə təqdim edilməmiş orijinal radio versiyası da dinləyicilərə çatdırılacaq.

“Animals” albomu Corc Oruellin “Heyvanıstan” əsərindən ilhamlanan konseptual quruluşu, hakimiyyət, sosial bərabərsizlik və cəmiyyətin təbəqələşməsi haqqında sərt musiqi mesajları ilə seçilir. Albom “Pink Floyd”un ən mühüm yaradıcılıq mərhələlərindən biri hesab olunur.

“Godzilla” Yaponiyada tarixi rekord qırdı Fransada oğurlanmış iki əsər tapıldı Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью