Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyalı aktyor Xavyer Bardem amerikalı müğənni Pinkin UNICEF-in xoşməramlı səfiri statusundan məhrum edilməsini tələb edib.
Axşam.az xəbər verir ki, bununla bağlı yayımlanan petisiyaya artıq 150 minə yaxın insan imza atıb. Kampaniya Pinkin repçi Maklemorun Fələstinlə bağlı çıxışına verdiyi reaksiyadan sonra başlayıb.
Təşəbbüsün müəllifləri müğənninin mövqeyinin UNICEF-in neytrallıq və uşaqların müdafiəsi prinsiplərinə zidd olduğunu bildiriblər.
UNICEF məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Pink Maklemorun Fələstinlə bağlı çıxışını “opportunist” adlandırıb və antisemitizmlə mübarizə aparan səhifənin onunla bağlı paylaşımını yayımlayıb.