Pinqvin trendi: Brendlər hər gündəmə qoşulmalı deyil AÇIQLAMA

27.01.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər sosial mediada gündəmdə olan “pinqvin mövzusu” fonunda bəzi brendlərin və marketoloqların bu trendə reaksiyası geniş müzakirələrə səbəb olub. Xüsusilə “problemi fürsətə çevirmək” anlayışının bəzən yanlış başa düşüldüyü və hər gündəm mövzusunun marketinq alətinə çevrildiyi ilə bağlı fikirlər səslənir. Hər gündəm mövzusu marketinq üçün uyğun hesab edilə bilərmi?

Rəqəmsal marketinq mütəxəssisi Fuad Əlizadə Ölkə.az-a açıqlamasında bildirib ki, RTM, yəni "Real Time Marketing" brendin çevikliyini göstərsə də, hər səs-küyə qoşulmaq uğur demək deyil.

Onun sözlərinə görə, son "pinqvin trendi" buna əla nümunədir:

"Bu, fürsətdən çox, tələ idi.Burada əsas risk marketoloqların trendin kökünü araşdırmadan, sadəcə "hype" xatirinə prosesə qoşulmasıdır. Məsələn, bu pinqvin əslində internet mədəniyyətində "nihilizm" və "ükənmişlik" simvoludur, üstəlik məsələnin siyasi tərəfi də var. Şən və ya ciddi bir brendin belə depressiv, həm də siyasi yükü olan mövzudan istifadə etməsi auditoriyada sadəcə qeyri-ciddilik və ya "cringe" hissi yaradır.

Brendlər hər gündəmə reaksiya vermək məcburiyyətində deyil. Əgər mövzu brendin DNT-sinə və danışıq tonuna uyğun deyilsə, kənarda qalmaq ən doğru strategiyadır. Bəzən susmaq, yanlış trendə qoşulub nüfuz itirməkdən daha faydalıdır".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью