Pioli Əl Nəsr dən ayrıldı

25.06.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçisi Stefano Pioli ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pioli ötən ilin sentyabrında "Əl-Nəsr"ə baş məşqçi təyin olunmuşdu. Komanda 2024/2025 mövsümündə çempionatı üçüncü sırada bitirib.

İtaliyalı mütəxəssisin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir. Onun "Fiornetina" ilə 3 illik müqavilə bağlayacağı haqda xəbərlər yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью