Pirallahı rayonunda hesabat yığıncağı keçirildi FOTOLAR

26.01.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

26 yanvar 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının “Pirallahı rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbirdən öncə RİH başçısı və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. 

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə geniş məruzə ilə çıxış edərək bildirdi ki,  Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan, prinsipial mövqeyi, ədalətə söykənən siyasəti və ardıcıl inkişaf modeli ilə seçilən bir dövlətə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün inkişaf və tərəqqi ili kimi yadda qalmışdır. Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Hesabat dövrü ərzində respublikamızda cənab Prezidentin rəhbərliyi altında aparılan genişmiqyaslı sosial-iqtisadi siyasət rayonumuzda da uğurla həyata keçirilmişdir. V.İmanov 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və qarşıda duran  prioritetləri haqqında ətraflı məlumat verərək bildirdi ki, həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələr 2026-cı il üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan verəcəkdir.

İclasda Milli Məclisin üzvü Günay Əfəndiyeva, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli, “Diamed Şirkətlər Qrupunun təsisçisi Aytən Quliyeva, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Pirallahı bələdiyyəsinin sədri Əli Kərimov məruzə nitqi ilə çıxış etdilər.

Yekun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev çıxış edərək cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat vermiş, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb. 

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi. Müraciətin mətni Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsəllər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью