Pirallahı rayonunda “Milli Mətbuat Günü”nə həsr olunmuş konfrans keçirilib FOTOLAR | Icma.…
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
22 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Mətbuat Günü”nə həsr olunmuş “Milli mətbuatın 150 illik inkişaf yolu: Keçmişdən gələcəyə” adlı konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Vüqar Rəhimzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri Vüqar Əhməd, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma, Mətbuat tarixi və Publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva, mətbuat tədqiqatçısı Leyla Məmmədli, həmçinin RİH başçısı Aparatının və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl RİH başçısı və qonaqlar Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də mövzu ilə əlaqədar videoçarxın nümayişi ilə başlanmışdır.
Daha sonra Milli Məclisin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə geniş nitq söyləyərək, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə əsası qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli inkişaf yoluna nəzər salmış, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır.
O, bildirmişdir ki, dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı milli mətbuatın inkişafında yeni mərhələ açmış, 1998-ci ildə dövlət senzurasının ləğvi isə söz və mətbuat azadlığının təmin olunmasına və mətbuatın sürətli inkişafına ciddi təkan vermişdir.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək, milli mətbuat tariximizin yalnız informasiya vasitəsi deyil, həm də xalqın mənəvi yaddaşı və milli ideologiyanın daşıyıcısı olduğunu qeyd etmişdir.
Tam oxu
Xəbəri oxu