Pirallahıda triatlon üzrə beynəlxalq turnir keçiriləcək

03.06.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda triatlon üzrə beynəlxalq "IronWind" turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycanın "Triterra" klubunun təşəbbüsü ilə təşkil ediləcək yarış əvvəlki kimi Pirallahıda olacaq.

Turnirdə müxtəlif ölkələrdən idmançıların, eləcə də “dəmir məsafələr”də yarışan yerli triatlonçuların çıxış edəcəkləri gözlənilir.

İyunun 8-də keçiriləcək turnirdə iştirakçılar 1,9 km məsafəyə üzməli, 90 km velosiped sürməli və 21,1 km qaçmalı olacaqlar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью