Icma.az bildirir, Azpost portalına istinadən.
Braziliyada piraniyaların çimən insanlara hücumu nəticəsində azı 10 nəfər xəsarət alıb. Hadisə ölkənin şimal-şərqində, Paraquasu çayında baş verib. AzPost xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Bildirilir ki, piraniyalar çimənlərin əsasən ayaq və topuq nahiyələrini dişləyib. Zərərçəkənlərə tibbi yardım göstərilib, yerli hakimiyyət orqanları isə hadisədən sonra çayın həmin hissəsində çimməyə müvəqqəti qadağa qoyub.
Məlumata görə, istirahət günləri və bayramlarda bu əraziyə iki minədək insan gəlir.
Paylaş