Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq Nazirlikdən XƏBƏRDARLIQ

01.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Pirəkəşkül və Ağdərədə dekabrın 1-dən 5-dək müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.


"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью