Pirio baş məşqçi ola bilər

14.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Andrea Pirlo İtaliya millisinin baş məşqçisi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo 47 yaşlı mütəxəssisi bu vəzifə üçün prioritet hesab edirlər.

Federasiya rəhbərliyi Pirlonun 2030-cu il dünya çempionatınadək millini yenidən lider mövqeyinə qaytara biləcəyinə əmindir.

Hazırda Xosep Qvardiola, Antonio Konte və Roberto Mançininin namizədliyi də nəzərdən keçirilir.

Xatırladaq ki, Andrea Pirlo 2025-ci ilin yayından "Dubay Yunayted"in baş məşqçisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью