Pirlo İnzaqini əvəzləyəcək SON DURUM

03.06.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əfsanəvi italyan futbolçu, "Yuventus", "Karagümrük" və "Sampdoriya"nın sabiq baş məşqçisi Andrea Pirlo növbəti mövsüm A Seriyasında çalışa bilər. 

Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis debütant "Piza"nı çalışdırmağa əsas namizəddir.

Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Əfsanəvi futbolçu 2024-cü ilin avqustundan işsizdir. 

"Piza" 2024/25 mövsümünün sonunda A Seriyasına yüksəldikdən sonra baş məşqçi Filippo İnzaqi ilə müqavilənin müddətini uzadıb. Buna baxmayaraq, italyan çalışdırıcı "Piza"nı tərk etmək qərarına gəlib.

İnzaqinin B Seriyasını səkkizinci sırada tamamlayan "Palermo"nun başına keçəcəyi bildirilir. Onunla üç il müddətinə müqavilə imzalanacağı gözlənilir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью