Pirotexniki məmulatların istifadəsi zamanı çoxsaylı xəsarət alma və yanğın qeydə alınır EK…
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən Ş.Adıgözəlov saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, ona məxsus mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların tənzimlənməsi sahəsində tədbirlər haqqında fərman var: “Bu fərmanın tələblərinə görə, ölkədə pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb.
Bu məmulatların dövriyyəsinə yalnız Fövqəladə Hallar Nazirliyinin xüsusi icazəsi əsasında yol verilə bilər.
Təbii ki, hər il Yeni il ərəfəsində pirotexniki məmulatların istifadəsi zamanı çoxsaylı xəsarət alma və yanğın hadisələri qeydə alınır.
Pirotexniki məmulatlar özləri də xüsusi kateqoriyalara bölünür.
O kateqoriyalar pirotexniki məmulatların yayılma radiusuna uyğun olaraq tənzimlənir.
Yəni daha az yayılma radiusuna uyğun pirotexniki məmulatların satışı icazə əsasında həyata keçirilə bilər.
İcazə əsasında satılan pirotexniki məmulatların isə mütləq sertifikatı olmalıdır.
Tam oxu
Xəbəri oxu