Pirotexniki vasitələr aşkar edildi FOTO

11.12.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2 fakt üzrə pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Sədərək” Ticarət Mərkəzinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri nəqliyyat vasitələrindən, eləcə də həmin şəxslərdən birinin istifadəsində olan anbardan satış məqsədilə saxlanılan 5119 ədəd pirotexniki vasitə aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью