Pirotexniki vasitələr satanlar tutuldu

31.12.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, paytaxtın Səbail, Sabunçu, Xətai rayonları, həmçinin  Sumqayıt, Gəncə şəhərləri, Lənkəran və Salyanda keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 15 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb. 

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью