Pirotexniki vasitələrin qanunsuz satışı necə önlənə bilər?

17.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Cebheinfo.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bakı şəhərinin Qaradağ rayonu ərazisində keçirilən tədbirlər zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilindən 7 karton qutuda, 2 adda, ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.

Bəs pirotexniki vasitələrin ölkəyə qanunsuz gətirilməsinin qarşısını necə almaq olar? 

Ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu, illərdir təkrarlanan problemdir. “Bayramqabağı və ya bayram günlərində, xüsusilə də Yeni il ərəfəsində pirotexniki vasitələrdən çox istifadə olunur və onlara tələbat artır. Sahibkarlar da bundan gəlir əldə edirlər. Gömrükdən keçən hər bir malı yoxlamaq mümkün deyil. Bəzən şəxslər bu vasitələri guya öz istifadələri üçün aldıqlarını bildirərək çoxlu sayda ölkəyə gətirirlər”, - deyə ekspert qeyd edib. 

Ə.Həsənov əlavə edib ki, pirotexniki vasitələrin küçələrdə satışına hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarət edilməlidir. 

Aişə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью