Pirs Morqan Vinisiusa: “Sən “Arsenal”da tanrı ola bilərsən”

05.08.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Britaniyalı televiziya aparıcısı və "Arsenal" azarkeşi Pirs Morqan "Real Madrid"in cinah oyunçusu Vinisius Junioru London klubuna qoşulmağa çağırıb.

İdman.Biz xəbər verir ki, daha əvvəl "Real Madrid"in Vinisius Junior üçün 150 milyon avrodan başlayan təkliflərə açıq olduğu bildirilirdi. "Arsenal" isə oyunçunu bu yay əsas transfer hədəfi kimi müəyyən edib.

"Hə, Vini, sən "Arsenal"da tanrı ola bilərsən", - Morqan sosial mediada yazıb.

Vinisius 2018-ci ilin yayından bəri "Los Blancos"da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью