Pirşağı çimərliyində atla dənizə girən şəxs MƏSULİYYƏTƏ CƏLB OLUNDU

29.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görüntüləri ilə əlaqədar polis araşdırma aparıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, araşdırma nəticəsində atlar ictimai çimərliyə əyləncə məqsədilə gətirildiyi məlum olub.

Həmin əməli törədən Kazım Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью