Pirşağı çimərliyində dənizdən qanunsuz qum daşınır?

13.07.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Pirşağı çimərliyində dənizdən qanunsuz qum daşınması davam edir.

Azpost.info bildirir ki, Bestmedia.az saytı sözügedən çimərlikdən qumun daşınması ilə bağlı görüntüləri lentə alıb. Çimərlikdə istirahət edən paytaxt sakinləri hər gün bu ərazidə dənizdən yüzlərlə iritonajlı maşınların qum daşıdığını bildiriblər. Onlar artıq dənizdə çimməyin təhlükəli olduğunu, dənizdə dərin çökəkliklərin yarandığını qeyd edirlər.

Sakinlərin sözlərinə görə dənizdən çıxardılan qumun yerində yaranmış ani boşluqlar insanların həyatını təhlükəyə atır. Dənizdə yaranan dərin çökəkliklərdə insanlar həyatını itirir.

“Burada görürsünüz ki, nə qədər qumu dənizdən çıxardıb topalayıblar. Bunun üçün hər gün bir neçə iri qabaritli texnikalar işləyir. 10 dəqiqədən bir bir kamaz qum daşınır. Sözsüz ki, bu qanunsuzluğu aidiyyatı qurumlar görür və məqsədli şəkildə göz yumurlar. Bizim eşitdiyimizə görə qumu, tikintidə istifadə etmək məqsədilə daşıyırlar”, deyə çimərlikdəki paytaxt sakinləri bildiriblər.

Qumu daşıyan iritonajlı yük avtomobillərinin sürücüləri isə açıqlama verməkdən imtina ediblər.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью