Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı

21.11.2024

Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi ilə əlaqədar Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinin yaxınlığında (Pirşağı dairəsi adlanan ərazi) təmir-tikinti işləri başa çatana qədər işıqforlar quraşdırılıb. 

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, sürücülərə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью