Pirşağı Novxanı Xırdalan M4 yolunun tikinti işlərinin 50% dən çoxu yerinə yetirilib FOTO |…
Icma.az, Apa.az saytına istinadən bildirir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2
Ümumilikdə, layihə üzrə fiziki işlərinin təxminən 51%-i yerinə yetirilib.
“APA-Economics” xəbər verir ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda 4 körpü üzrə işlərin 90%-i, 1 körpü üzrə 80%-i, 2 qovşaq körpüsü üzrə 76%-i, 1 qovşaq körpüsü üzrə 45%-i, 1 qovşaq körpüsü üzrə isə 5%-i, 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib.
Eyni zamanda, yolun 3-cü və 19,5-ci km-lik hissəsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilir.
Layihə üzrə həmçinin 12 ədəd düzbucaqlı keçidin, 28 ədəd dairəvi və müxtəlif diametrli borunun, drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri aparılır.
Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Tam oxu
Xəbəri oxu