Pirşağı yolunda gecə sürücüləri narahat edən problem Nasaz yol işıqları VİDEO

03.02.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pirşağı yolunda yerləşən işıq dirəklərində lampaların yanıb-sönməsi sürücülər üçün ciddi narahatlıq yaradır.

Avtosfer.az Patrul.az-a istinadən xəbər verir ki, sözügedən vəziyyət gecə saatlarında avtomobil idarə edən şəxslərin diqqətini yayındırır, görmə imkanını zəiflədir və qəza riskini artırır.

Sürücülər bildirirlər ki, yol boyu ardıcıl şəkildə yanıb-sönən işıqlar göz yorğunluğuna səbəb olur və təhlükəsiz hərəkəti çətinləşdirir.

Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi və nasazlığın aradan qaldırılması xahiş olunur.

Oxunub 70

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью