Pirşağıda azyaşlı və 31 yaşlı kişi dənizdə boğulub

29.07.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabunçu rayonunda, Pirşağı çimərliyində iki nəfər boğulub. SİA-nın xəbərinə görə, hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb. İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub. Onun da meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью