Pirşağıda gənc oğlan dənizdə batdı YENİLƏNİB

19.07.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pirşağıda dənizdə batan şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Gədəbəy rayon sakini 20 yaşlı Tağıyev Elnur Rizvan oğludur.

Onun dünən axşam 20:30-da suda batdığı qeyd olunur.

***
09:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью