Pis hava şəraiti Hindistanda azı 50 nəfərin həyatına son qoyub

11.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 25 nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Ştatın baş nazirinin ofisindən verilən açıqlamaya görə, Naland rayonunda 18 sakin, digər rayonlarda isə bir neçə nəfər həlak olub.

Yerli "Rashtriya Janata Dal" partiyasının lideri Tedjaşvi Yadav "X" sosial şəbəkəsindəki paylaşımında isə bildirib ki, regiondakı fırtına, yağış, şimşək, ağacların aşması azı 50 nəfərin həyatına son qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью