PISA 2025: Bakı bütün göstəricilərdə lider oldu

08.09.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin riyazi savadlılıq, təbiət elmləri və oxu savadlılığı göstəriciləri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.

Təqdim olunan nəticələrə əsasən, riyazi savadlılıq üzrə ən yüksək orta bal Bakı iqtisadi rayonunda – 460 bal, ən aşağı göstərici isə Mil-Muğan iqtisadi rayonunda – 360 bal qeydə alınıb.

Təbiət elmləri üzrə ən yüksək nəticə Bakı iqtisadi rayonuna (440 bal), ən aşağı nəticə isə Mil-Muğan iqtisadi rayonuna (355 bal) məxsusdur.

Oxu savadlılığı üzrə isə ən yüksək orta bal Bakı iqtisadi rayonunda (405 bal), ən aşağı göstərici Mil-Muğan iqtisadi rayonunda (325 bal) olub.

İqtisadi rayonlar üzrə nəticələr belədir:

* Abşeron-Xızı: riyaziyyat – 449, təbiət elmləri – 429, oxu – 393 bal;

* Bakı: 460, 440, 405 bal;

* Dağlıq Şirvan: 416, 403, 359 bal;

* Gəncə-Daşkəsən: 437, 419, 376 bal;

* Lənkəran-Astara: 392, 383, 353 bal;

* Mil-Muğan: 360, 355, 325 bal;

* Mərkəzi Aran: 382, 378, 341 bal;

* Naxçıvan: 436, 421, 385 bal;

* Qarabağ: 372, 368, 344 bal;

* Qazax-Tovuz: 387, 373, 340 bal;

* Quba-Xaçmaz: 405, 397, 357 bal;

* Şirvan-Salyan: 393, 380, 346 bal;

* Şəki-Zaqatala: 426, 413, 374 bal;

* Şərqi Zəngəzur: 395, 387, 357 bal.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью