PISA nəticələrində qızlar oğlanları geridə qoydu

08.09.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə əsasən, Azərbaycanda qız şagirdlər üç əsas istiqamət üzrə oğlanlardan daha yüksək nəticə göstərib.

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.

Təbiət elmləri üzrə qızların orta göstəricisi 416 bal, oğlanların göstəricisi isə 402 bal olub.

Oxu savadlılığında da qızlar üstün nəticə göstərib. Belə ki, qızların orta balı 392, oğlanların orta balı isə 356 təşkil edib.

Riyazi savadlılıq üzrə isə qızlar oğlanları cüzi fərqlə qabaqlayıb. Qızların göstəricisi 423 bal, oğlanların göstəricisi isə 422 bal olub.

Beləliklə, hər üç istiqamət üzrə qızların nəticəsi oğlanlardan yüksək olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью