Pişik məsciddə çəkiliş aparan dronu məhv etdi

24.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misirdə məscidlərin birində maraqlı hadisə baş verib.

525.az xarici KİV-ə istinadın xəbər verir ki, pişik məsciddə çəkiliş aparan dronu pəncəsi ilə yerə salıb.

Zərbədən sonra çəkiliş vasitəsi xalçanın üzərinə düşüb və yararsız hala düşüb. "Ov zamanı" xəsarət alan olmayıb.

Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. "Hər məscidə belə mühafizəçi lazımdır" - deyə, istifadəçilərdən biri görüntüyə şərh yazıb. 

Qeyd edək ki, mütəxəssislər pişiyin hərəkətini instinktiv adlandırıblar. Onların fikrincə, pişik dronun səsindən və uçuşundan quş hesab edib və "ovlayıb".

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью