Pişik sahibini yanğından xilas etdi | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Saratov ( Rusiya ) vilayətinin Nikolskoye kəndində pişik sahibini yanğından xilas edib.
Milli.Az xəbər verir ki, bu barədə vilayətin FHN idarəsi məlumat yayıb. Hadisə gecə saatlarında baş verib.
Kənd sakini olan 62 yaşlı kişi evdə tək idi. O siqaret çəkdikdən sonra siqareti tam söndürmədən yatıb.
Bir müddət sonra siqaret közərməyə başlayıb və otaqda tədricən tüstü yaranıb. Pişik qeyri adi davranmağa başlayıb.
O sahibinin üstünə çıxıb və ucadan miyoldayıb. Kişi səsdən ayılıb. O gözlərini açan kimi otağın tüstü ilə dolduğunu görüb.
Kişi dərhal evdən çıxmağa çalışıb və özünü çölə ata bilib. Hadisə nəticəsində o yüngül yanıq xəsarətləri alıb.
Yanğın qısa müddətdə evin bir hissəsini məhv edib. Hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub. Onlar alovu söndürə biliblər.
Tam oxu
Xəbəri oxu