Pişik saxlayan insanlar bu xəstəliyə tutula bilərlər

29.11.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


apardıqları tədqiqatlar zamanı uşaqlıqda pişiklə yaşayan insanların sonrakı həyatlarında şizofreniyadan daha çox əziyyət çəkdiklərini müşahidə ediblər.
Torrey xəstəliyin yaranmasına "Toxoplasma gondii" də daxil olmaqla, müxtəlif patogenlərin səbəb ola biləcəyini ehtimal edib. Bu parazit insanlara əsasən pişiklər vasitəsilə keçə bilir. Pişiklər paraziti yoluxmuş gəmiricilərdən, eləcə də çirklənmiş mühitdən əldə edə bilirlər. Parazit isə insan orqanizminə yoluxmuş heyvanların nəcisi, çirklənmiş qida və su vasitəsilə daxil ola bilir.
Məqalədə qeyd olunub ki, parazit beyinin hüceyrələrinə təsir göstərə bilər. Toksoplazmoz pişik saxlayan insanların əksəriyyətində inkişaf etməsə də, yoluxma baş verdikdə bəzi hallarda qəribə düşüncələr və hallüsinasiyalar müşahidə oluna bilər. Bu əlamətlər şizofreniyanın simptomlarına bənzəyir.
Mənbənin yazdığına görə, "T. gondii" parazitinə qarşı anticisimlərin mövcudluğu ilə şizofreniya diaqnozu arasında əlaqəni təsdiqləyən 100-dən çox tədqiqat aparılıb.
Bununla belə, London Universitet Kollecinin (UCL) tədqiqatçıları 3542 iştirakçının məlumatlarını araşdıraraq uşaqlıqda pişik saxlamaqla "T. gondii" infeksiyası arasında əlaqə müəyyən edə bilməyiblər.
Qeyd edək ki, təqdim olunan araşdırmalar pişik saxlamağın birbaşa şizofreniyaya səbəb olduğunu sübut etmir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью