Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bu gün görkəmli yazıçı Corc Oruellin anım gündür.
Kulis.az bu münasibətlə Cəlil Cavanşirin "Böyük qardaş" yazısını təqdim edir.
Corc Oruell dünya ədəbiyyatına gətirdiyi Böyük Qardaş (Big Brother “1984” romanı) obrazı ilə çox məşhurdur.
Corc Orueldən söz düşəndə “Heyvanıstan” və “1984” romanları yada düşür.
Dilimizə tərcümə olunmuş hər iki kitab, oxucuların diqqətini çəkib, xüsusilə gənc intellektuallar arasında müzakirə mövzusuna çevrilib.
Corc Oruell kimi tanıdığımız ingilis yazıçısının əsl adı Erix Artur Bleyerdir.
O, 1903-cü ildə Hindistanın Benqal əyalətində, ingilis-hind ailəsində dünyaya göz açıb.
Atası Riçard Bleyer Hindistan mülki xidmətində çalışırdı. Erix Artur bir yaşında ikən anası ilə birlikdə İngiltərəyə köçüb, uşaqlıq və ilk g