Pişiyə görə ianə

05.03.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avstriyada sosial şəbəkə istifadəçiləri avtomobil tərəfindən vurulan pişiyə görə böyük məbləğdə ianə toplayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Krems şəhərində baş verib.

Naməlum avtomobil tərəfindən vurulan "Pələng" ləqəbli pişik ağrı vəziyyətdə sahibinin evinə kimi gedə bilib. Sahibi pişiyi veterinar klinikaya aparsa da, nədənsə, sonradan ondan imtina edib. "Pələng"in təcili əməliyyata alınması qaçılmaz olub və veterinarlar  pişiyi həyatda saxlaya biliblər. Bundan sonra klinika rəhbərliyi yerli "Kronen Zeitung" qəzetində elan yerləşdirərək, əməliyyat xərclərini qarşılamağa görə şəhər sakinlərinə müraciət edib.

Qısa zamanda sosial şəbəkə hesablarında qəhrəmana çevrilən "Pələng"ə görə xeyli vəsait toplanıb.

Qeyd edək ki, "Pələng" hazırda Krems şəhərinin heyvan sığınacağında saxlanılır və müalicəsi davam edir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью